...

Azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 şəxsin vəfat etməsi faktı ilə bağlı araşdırma aparılır

Hadisə Materials 20 Avqust 2022 11:34 (UTC +04:00)
Azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 şəxsin vəfat etməsi faktı ilə bağlı araşdırma aparılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 şəxsin vəfat etməsi faktı ilə bağlı araşdırma aparılır.

Saatlı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti