Bakı. Trend:
Abşeron rayonunda ər həyat yoldaşını qətlə yetirib.
Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi
sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü
Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə
2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan,
hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan
boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində
olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.