...

Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 23 Noyabr 2022 10:02 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Hazırkı məlumata görə, yaralıların sayı Düzcədə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1, Boluda 1 nəfər olmaqla 46 nəfərə çatıb.

XXX
09:35

Türkiyədə zəlzələ nəticəsində yaralananların sayı 32-yə çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında yazıb.

XXX
08:03

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

XXX

06:00

Çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin şimal-qərbində və mərkəzi hissəsində bir çox bölgədə hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti