...

Ərazidən götürdüyümüz dəlillər tank əleyhinə TM 62M tipli minanın hissələrinə bənzəyir - ANAMA

Hadisə Materials 15 Dekabr 2022 16:03 (UTC +04:00)
Ərazidən götürdüyümüz dəlillər tank əleyhinə TM 62M tipli minanın hissələrinə bənzəyir - ANAMA

Bakı. Trend:

Ötən gün Kəlbəcərdə partlayışın baş verdiyi ərazi minalarla çirkləndiyinə görə media işçilərinin həmin yerə getməsi tövsiyə olunmur. Əraziyə baxış keçirilib, partlayış yerinin krateri yoxlanılıb, dəlillər götürülüb. İlkin ehtimala görə, tank əleyhinə TM 62M tipli mina partlayıb.

Trend-in Kəlbəcərə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Göygöl regional mərkəzinin təlimatçısı Vasif Cəbrayılov deyib.

“Ərazidən götürdüyümüz dəlillər də həmin minanın hissələrinə bənzəyir. Bu mina təzyiqlə işə düşür, tərkibində 7,5 kiloqram partlayıcı maddə var. Ərazi hazırda mühafizə olunur”, - deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcərin Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb. Belə ki, kənd ərazisində infrastruktur layihələrində çalışan 4 nəfər minaya düşərək xəsarət alıb. Onları təxliyə etmək üçün hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti