...

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb

Hadisə Materials 1 İyul 2023 10:08 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Trend xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1991-ci il təvəllüdlü Hümbətova Tünzalə Müsafəddin qızına onunla eyni ünvanda yaşayan keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Hüseynov Alqayıt Məhərrəm oğlu tərəfindən bıçaqlanıb.

T.Hümbətova müalicə olunması üçün Sabunçu TM-nə yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Niftalıyev Feyruz Fərhad oğlu saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti