...

Bakıda iki avtomobil toqquşdu - maşınlar yandı

Hadisə Materials 2 Avqust 2023 09:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Novxanı kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti