...

Bərdədə baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 2 Oktyabr 2023 20:53 (UTC +04:00)
Bərdədə baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə baş verən qəzada xəsarət alan şəxslərin adları məlum olub.

Trend xəbər verir ki, xəsarət alan şəxslər "Mercedes benz" markalı minik avtomobilinin sürücüsü 1995 -ci il təvəllüdlü Qəhrəmanlı Murad Bəhmən oğlu və piyada 1998-ci il təvəllüdlü Hüseynov Nəcməddin Nizaməddin oğlu.

xxx

20:42

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, 02-BL-320 Dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra yol kənarında fəaliyyət göstərən marketə girib. Hadisə nəticəsində ümumilikdə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti