...

Kəlbəcərdə yük maşını çay yatağına aşıb - Ölən var

Hadisə Materials 17 Dekabr 2023 16:55 (UTC +04:00)
Kəlbəcərdə yük maşını çay yatağına aşıb - Ölən var

Bakı. Trend:

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerindən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti