...

Biləsuvarda kişi 25 yaşlı arvadını qətlə yetirdi (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 26 Mart 2024 16:10 (UTC +04:00)
Biləsuvarda kişi 25 yaşlı arvadını qətlə yetirdi (ƏLAVƏ EDİLİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

xxx

Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı, 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırılmalar aparılır.

Xəbər lenti

Xəbər lenti