...

Bakıda doqquzmərtəbəli binada yanğın olub

Hadisə Materials 17 İyun 2024 18:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 49,5 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 p.m. mətbəx mebeli və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti