...

Bakıda avtomobil təmiri sexinin ərazisində yanğın olub

Hadisə Materials 8 Oktyabr 2024 21:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri sexinin ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti