Bakı. Trend:
Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlı R.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıb.
Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.