Bakı. Trend:
Nizami rayonu Q.Qarayev küçəsində bir nəfərin “Hauji” markalı motosikletinin qaçırılması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı S.Abdullayev müəyyən olunaraq saxlanlılıb.
Faktla bağlı araşdırma aparılır.