...

Azərbaycan Dövlət Teleradio QTSC-nin rəhbərinin vəziyyəti tədricən normallaşır

Hadisə Materials 1 Noyabr 2005 12:29 (UTC +04:00)

Azərbaycan Dövlət Teleradio QTSC-nin sədri Nizami Xudiyevin vəziyyəti tədricən normallaşır və o, 2-3 gündən sonra reanimasiya şöbəsindən palataya köçürüləcək. Bu barədə Trend ə oktyabrın 30-da axşam baş vermiş avtomobil qəzasından sonra N.Xudiyevin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinndən bildirilib.

Xatırladaq ki, N.Xudiyev 56 saylı Xaçmaz kənd seçki dairəsinin seçicilərilə görüşdən qayıdarkən Siyəzən rayonu ərazisində onun "Nissan" markalı avtomobili yük maşını ilə toqquşub. Nəticədə N.Xudiyev kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti