...

"28 may" metrostansiyasında intihara cəhd edilib – II variant (video)

Hadisə Materials 25 May 2007 19:57 (UTC +04:00)
"28 may" metrostansiyasında intihara cəhd edilib – II variant (video)

Bu gün Bakı Metropoliteninin "28 may" stansiyasında 51 yaşlı qadın - Satrıqina Lyudmila qatarın altına düşüb.

"Xalq jurnalisti" layihəsi çərçivəsində Trend ə daxil olan məlumata görə, yarım saat ərzində qatarların hərəkəti dayandırılıb. Təqribən saat 18.35-də hərəkət bərpa olunub.

Zərərçəkən Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən qatarın altına qəsdən yıxılmayıb. O, başından yaralanıb və stasionar müalicəyə ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti