...

Neyronların köçürülməsi daha asan və sürətlə arıqlamağa imkan verir

Maraqlı Materials 28 Noyabr 2011 15:42 (UTC +04:00)
Cefri Maklisin rəhbərliyi altında ABŞ və Polşadan olan alimlər piylənmə problemini ən azı siçanlarda neyronların köçürülməsi yolu ilə həll etməyə nail olublar.
Neyronların köçürülməsi daha asan və sürətlə arıqlamağa imkan verir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Cefri Maklisin rəhbərliyi altında ABŞ və Polşadan olan alimlər piylənmə problemini ən azı siçanlarda neyronların köçürülməsi yolu ilə həll etməyə nail olublar. Məlum olub ki, piylənməyə bəzi neyronların anomal inkişafı səbəb olur. Yeni neyronlar isə vəziyyəti düzəltməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verir.

Alimlər neyronların çatışmadığı gəmiricilərə doyma hormonunun neyronlarını köçürüblər. Nəticədə heyvanlar sürətlə kökəliblər. Lakin gövdə hüceyrələrinin rüşeymindən alınan neyronların köçürülməsi problemi həll edə bilib.

Siçanlara hipotalamusun iştahanı idarə edən ayrı-ayrı hissələrinə 15 min yeni neyronlar köçürülüb. Bu zaman yeri dəyişdirilən hüceyrələrə GFP fluoressensiya zülalı ilə nişan qoyulub. Bu, mütəxəssislərə yad hüceyrələrin tətbiqi dinamikasını izləməyə imkan verib. Beləliklə, demək olar, yeri dəyişdirilən hüceyrələrin hamısı sinaptik uclarla hipotalamusla birləşərək yaşayıb.

Sonrakı müşahidələr göstərib ki, neyronların köçürülməsi siçanlarda çəki artımının sürətini 30 faiz azaltmağa imkan verib.

Yaxın vaxtlarda alimlər analoji metodu ətrafların iflici və əzələlərin atrofiyası təhlükəsi yaradan yan amiotrofik sklerozun müalicəsi üçün sınaqdan keçirməyə hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti