...

Saturnda əsrarəngiz hadisələr baş verir

Maraqlı Materials 13 İyun 2012 20:34 (UTC +04:00)
Astronomlar Günəş sisteminin ən böyük ikinci planeti olan Saturnda yeni və qəribə maddə kəşf ediblər. "Cassini" kosmik aparatının apardığı analizlər bu sirli maddənin nə olduğunu öyrənməyə imkan verib.
Saturnda əsrarəngiz hadisələr baş verir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir X.Murtuzayeva/

Astronomlar Günəş sisteminin ən böyük ikinci planeti olan Saturnda yeni və qəribə maddə kəşf ediblər. "Cassini" kosmik aparatının apardığı analizlər bu sirli maddənin nə olduğunu öyrənməyə imkan verib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlum olub ki, Saturnun ətrafına saçdığı maddə planetin kiçik ulduzu Enseladusdan yayılır. ABŞ-ın Texas Universitetinin astronomu Tom Hillin sözlərinə görə, Enseladusdan əvvəllər bizə məlum olmayan bir növ yüklü hissəciklər yayılır.

Qeyd edək ki, Saturnu 2004-cü ildə araşdırmağa başlayan "Cassini" kosmik aparatı buz halında olan Enseladusun maye püskürdən isti su qaynaqlarına malik olduğunu təsdiqləmişdi.

Qaynaqlardan çıxan dumanların isti su buxarı ilə yanaşı, bir mikrometr böyüklüyündə toz hissəcikləri ehtiva etdiyi də aydın olub.

"Cassini" 2009-cu ildə alimləri təəccübləndirən bir kəşf edib. Belə ki, qaynaqlardan çıxan buxarın içərisindəki toz dənəcikləri elektrik yüklü idi. Bu kəşf toz buludundan ətrafa təsadüfi yayılan müsbət və mənfi yüklü parçacıqlar ehtiva edən bir plazma olduğunu ortaya qoydu. Ən son tapıntılar göstərdi ki, Saturnun ətrafını bürüyən manyetosferin yaranmasına daha çox bu plazma səbəb olur.

Lakin alimlər əldə olunan bu bilgilərə baxmayaraq, toz buludundakı hissəciklərin necə elektrik yüklü olmasının aydınlaşdıra bilmirdi. "Cassini" aparatının Saturn ətrafında həyata keçirdiyi ən son uçuşlarda kosmik aparatın plasma dedektorları nanohissəcikləri öyrənərək bu suala cavab tapa bilib.

Günəşin ultrabənövşəyi şüaları elektronları toz buludunda iştirak edən qaz və digər materiallardan təmizləyir. Beləliklə, ortaya sərbəst elektronların olduğu bir bulud çıxır.

Yüklənməmiş nano ölçülü hissəciklər Enseladusdan ayrılıb yüklənmiş buluda doğru hərəkət edir. Hər bir hissəcik bir elektronla yüklənir və plazma meydana gəlir.

Hill burada onların qarşısına fərqli bir plazmanın çıxdığını bildirir. Ümumiyyətlə, plazmalar kütləyə malik olan ionlarla mənfi yüklü elektronlara sahib olur. Enseladusun plazması isə mənfi yüklü dənəciklərdən meydana gəlir.

Plazmanın məlum özəlliklərindən fərqli bir maddə ilə qarşılaşan elm adamları daha çox məlumat əldə etmək üçün "Cassini"nin bir il sonra yenidən Enseladusun tədqiq oluna biləcəyi mövqeyə gəlməsini gözləyəcəklər.

Xəbər lenti

Xəbər lenti