Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tanrıverdiyev/
Dünyanın ən yaşlı qadını, yaponiyalı Misao Okavanın 115 yaşı tamam olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Lenta.ru" xəbər yayıb.
Okavanın ad gününun onun ən sevimli yeməyi olan skumbriya balığı ilə suşi sifariş edilməklə, Qocalar evində qeyd olunub. Xanım jurnalistlərə bildirib ki, bu yaşa qədər yaşayacağını gözləmirmiş.
Fevral ayında Okava "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən yaşlı qadını olaraq daxil olub. Yaponiyalı qadın həmçinin dünyada yaşayan ən yaşlı ikinçi insandır.