...

Nəvəsini "Facebook"da satışa çıxardı

Maraqlı Materials 24 Aprel 2013 21:55 (UTC +04:00)
Hindistan polisi Pəncab əyalətində nəvəsini "Facebook" sosial şəbəkəsi vasitəsilə satmaq istəyən şəxsi saxlayıb.
Nəvəsini "Facebook"da satışa çıxardı

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Hindistan polisi Pəncab əyalətində nəvəsini "Facebook" sosial şəbəkəsi vasitəsilə satmaq istəyən şəxsi saxlayıb.

Trend-in çərşənbə günü Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 47 yaşlı Firuz Xan qızının nəvəsini doğum evindən qaçırıb. O, nəvəsini 830 dollara satmağa çalışıb.

Maraqlısı odur ki, Xan müştəri də tapa bilib. Həmin şəxs yerli biznesmenlərdən biri olub.

Hazırda polis hər iki şəxsi dindirir. Xanı 7 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti