...

"Tıxacların qənimi"

Maraqlı Materials 19 İyun 2013 16:56 (UTC +04:00)
İngiltərəli ixtiraçılar Con Foden və Yannik Rid avtomobil yollarında tıxacda qalmamaq üçün uçma qabiliyyətinə malik velosiped hazırlayıblar.
"Tıxacların qənimi"

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İngiltərəli ixtiraçılar Con Foden və Yannik Rid avtomobil yollarında tıxacda qalmamaq üçün uçma qabiliyyətinə malik velosiped hazırlayıblar.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bir ventilyator, metal qanadlar və kiçik mühərrik sayəsində uça bilən velosipedin havada sürəti saatda 40 kilometrə çatır.

"Paravelo" adı verilən velosiped 1.219 metr hündürlüyə qalxır, yerə enmək üçün isə arxasına yerləşdirilmiş kiçik paraşütdən istifadə edir.

Fasiləsiz olaraq 3 saat havada qalmağı bacaran velosiped 10 min funt-sterlinqə satılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti