...

Barak Obamanın reytinqi rekord aşağı səviyyəyə enib

Maraqlı Materials 22 Noyabr 2013 10:38 (UTC +04:00)
Prezident Barak Obamanın siyasətini dəstəkləyən amerikalıların sayı rekord aşağı göstəriciyə - 37 faizə enib.
Barak Obamanın reytinqi rekord aşağı səviyyəyə enib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Prezident Barak Obamanın siyasətini dəstəkləyən amerikalıların sayı rekord aşağı göstəriciyə - 37 faizə enib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın CBC News telekanalının apardığı sorğunun nəticələri göstərib.

Respondentlərin 57 faizi Prezidentin siyasətindən narazı olduğunu bildirib.

Oktyabrın sonlarında telekanalın "Wall Street Journal Survey" ilə birgə təşkil etdiyi analoji sorğu göstərmişdi ki, respondentlərin 48 faizi Obama siyasətini bəyənmir, 42 faiz isə onu yaxsı xarakterizə edir.

CNB News qeyd edir ki, Obamanın nüfuzunun azalması onun səhiyyə sahəsində təklif etdiyi islahatların tətbiqi ilə əlaqədardır. Sorğunun nəticələrinə əsasən, respondentlərin yalnız 31 faizi Obamacare adlanan islahatların davam etdirilməsinin lehinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti