...

Su Günəşdən əvvəl yaranıb

Maraqlı Materials 26 Sentyabr 2014 10:48 (UTC +04:00)
ABŞ və Böyük Britaniya alimlərinin yeni tədqiqatları göstərir ki, Günəş sistemində suyun xeyli hissəsi sistemin özündən əvvəl əmələ gəlib.
Su Günəşdən əvvəl yaranıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

ABŞ və Böyük Britaniya alimlərinin yeni tədqiqatları göstərir ki, Günəş sistemində suyun xeyli hissəsi sistemin özündən əvvəl əmələ gəlib. Trend xəbər verir ki, alimlər öz işlərinin nəticələrinin "Science" jurnalında dərc etdiriblər.

Astronomların fikrincə, su ulduz və planetlərin yaranmasına qədər meydana gələn Günəş sistemi daxilində buz formasında mövcud idi. Belə qənaətə alimlər kompüter modelləşdirməsi nəticəsində gəliblər.

Alimlərin bu kəşfinin astrobiologiya üçün əhəmiyyəti ondan ibarətdir ki, həyatın yaranmasının əsas komponenti olan su protoplanet diskinin təkamülü nəticəsində formalaşa bilər, onun tərkibi isə belə prosesdən asılı olmayan şəraitlə müəyyən edilir.

Alimlərin tədqiqatları planet sisteminin təkamülünə yeni üsulda baxmaq imkanı verir. Astronomların sözlərinə görə, əvvəlki modellər suyun əsas etibarilə belə sistemlərin inkişafı gedişində yarandığını ehtimal edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti