...

Dünyada ən uzun qızıl boyunbağı Dubayda hazırlanıb

Maraqlı Materials 6 Yanvar 2015 12:03 (UTC +04:00)
Dubayda uzunluğu beş kilometrdən artıq və dəyəri təxminən altı milyon dollar olan qızıl boyunbağı hazırlanıb.
Dünyada ən uzun qızıl boyunbağı Dubayda hazırlanıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Dubayda uzunluğu beş kilometrdən artıq və dəyəri təxminən altı milyon dollar olan qızıl boyunbağı hazırlanıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti əmirliyin "National" nəşrinə istinadən məlumat yayıb.

Onun qızıldan hazırlanmış ən uzun zərgərlik məmulatı kimi Ginnesin Rekordlar Kitabına düşəcəyi gözlənilir.

Boyunbağını 100 zərgər 45 gün ərzində hazırlayıb.

Dörd milyon 22 karat qızıl seqmentindən ibarət olan məmulatın dəqiq uzunluğu 5,52 kilometr, çəkisi 256 kiloqramdır. Boyunbağı Dubayda keçiriləcək sayca 20-ci Ticarət festivalında nümayiş olunması üçün hazırlanıb. Həmin festivalda mağazalarda və ticarət mərkəzlərində alıcılara 70 faizə qədər endirimlər edilir və mükafatlar oynanılır.

Bütün arzu edənlər zərgərlərin yaradıcılığına baxa biləcəklər. O, turistlər arasında məşhur olan Dubayın köhnə hissəsindəki qızıl bazarında sərgilənəcək. Dünya rekordunun müəyyən edilməsindən sonra boyunbağı hissə-hissə satılacaq. Hər qolbağa və ya boyunbağına onun Ginnessin Rekordlar Kitabına daxil edilmiş məmulatın hissəsi olduğunu təsdiqləyən unikal kod veriləcək.

Xatırladaq ki, 1999-cu ildə Dubaydakı ticarət festivalı zamanı da 4,28 kilometr rekord uzunluğa malik qızıl boyunbağı hazırlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti