...

​Marsda su aşkar edilib

Maraqlı Materials 29 Sentyabr 2015 07:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend /

Marsda axar su və duz kütləsi aşkar edilib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, MRO (Mars Reconnaissance Orbiter) peykindən əldə olunan görüntülərin təhlili Marsda maye halında kütlənin kanyonlar arasından axaraq nazik izlər buraxdığını və bu prosesin əsasən yay mövsümündə müşahidə olunduğunu aşkar ediblər. Suyun buxarlanması nəticəsində duz kütlələrinin izlərinə rast gəlinməsi bu planetdə həyat əlaməti olan rütubətliliyin mövcudluğuna dəlalət edir.

NASA-nın mütəxəssisləri daha öncə Marsın quru planet olduğuna dair fikirlərin öz təsdiqini tapmadığını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti