...

"Twitter"dən daha bir yenilik

Maraqlı Materials 22 Oktyabr 2015 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Twitter" daha əvvəl məhdud sayda istifadəçisinə təqdim etdiyi anket doldurmaq xidmətindən artıq bütün istifaədçilərin yararlana biləcəyini açıqlayıb.

Trend-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, "Twitter" sosial şəbəkəsinin istifadəçiləri qarşıdakı günlərdə İOS, Android və Web vasitəsilə izləyicilərilə anket doldurmaq şansı əldə edəcəklər.

24 saat ərzində keçərli olacaq anket suallara cavab vermək üçün 2 seçim təqdim edəcək. Məxfilik səbəbindən digər istifadəçilər anketdə suallara verilən cavabları görə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti