...

Böyük Britaniyada ofislərə dikdaban ayyaqqabılarda gəlmək istəmirlər

Maraqlı Materials 13 May 2016 18:16 (UTC +04:00)
Böyük Britaniyada iki gün ərzində 120 mindən cox insan ofislərdə qadınlara dikdaban ayyaqqabıların geyimini mütləq edən qaydanın lehinə dair onlayn-petisiyaya imza atıblar.
Böyük Britaniyada ofislərə dikdaban ayyaqqabılarda gəlmək istəmirlər

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyada iki gün ərzində 120 mindən cox insan ofislərdə qadınlara dikdaban ayyaqqabıların geyimini mütləq edən qaydanın lehinə dair onlayn-petisiyaya imza atıblar.

Trend "The Guardian" qəzetinə istinadən xəbər verir ki, petisiya ölkə parlamentinin saytında yerləşdirilib.

Sənədin təşəbbüskarı kimi 27 yaşlı Nikola Torp çıxış edir.

Londondakı "PwC" beynəlxalq korporasiyada çalışan bu xanım 2015-ci ilin dekabrında ofisə dikdabansız ayaqqabı ilə gəldikdən sonra işdən azad edilib.

N.Torp iki gün əvvəl "Qadınlardan dikdaban ayaqqabıların geyinmək tələbini şırkətlərə qadağa edin" adli petisiyanı ölkə parlamentinin rəsmi saytında qeydiyyatdan kecirib.

Qəzet qeyd edir ki, adətən parlament 100 mindən çox səs yığmış petisiyaları müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti