Bakı. Trend:
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvətiylə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızdadır.
Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan əsərin hazırlığına başlayıb. Aleks Maksiovun iş prosesini izləmək istəyənlər Milli Parka (Kukla Teatrının yaxınlığında) gələ bilərlər.
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosunun sabah yekunlaşacağı gözlənilir.