Bakı. Trend:
NASA Marsın mənzərəsini əks etdirən yeni görüntülər dərc edib.
Trend-in məlumatına görə, qörüntülər "Curiosity" cihazı vasitəsilə çəkilib.
Çəkilişin Geyl kraterində yerləşən Vera Rubin dağ silsiləsindən aparıldığı bildirilir. Havanın aydın olduğundan görüntülərdə bir çox detalları əks etdirmək mümkün olub.