...

Aİ Şurasının prezidenti Ermənistan və Azərbaycanı danışıqlara tam olaraq qoşulmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2007 17:16 (UTC +04:00)

Portuqaliyanın xarici işlər naziri, Avropa İttifaqı Şurasının prezidenti Luiş Amadu Ermənistan və Azərbaycanı danışıqlara tam şəkildə qoşulmağa çağırıb. "Mediamaks" agentliyinin verdiyi məlumata görə, Luiş Amadu bu barədə bu gün ATƏT-in xarici işlər nazirləri Şurasının Madriddə keçirilən görüşündə bildirib.

"ATƏT-in Minsk qrupu və bu qrupun üç həmsədri Dağlıq Qarabağ münaqişəsinin həllinin ədalətli və balanslaşdırılmış prinsiplərini işləyib hazırlamaq üçün ağır iş aparıblar. Aİ Ermənistan və Azərbaycan arasında fəal dialoqun davam etdirilməsini dəstəkləyir və o, tərəfləri danışıqlara tam şəkildə qoşulmağa çağırmaq üçün fürsətdən istifadə etmək niyyətindədir" - deyə Avrorpa İttifaqı Şurasının prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti