...

Aİ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini qəbul etməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2008 17:27 (UTC +04:00)

Avropa İttifaqının sədri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel çərşənbə günü keçirilən mətbuat konfrasında Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini qəbul etməyəcəyini bildirib. Bu barədə Novosti-Armeniya məlumat verib.

"Aİ istənilən münaqişənin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşı çıxır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində demokratiya prinsiplərinin tətbiqi və münaqişə tərəfləri arasında qarşılıqlı etibar mühitinin qurulmasına çalışır", - o bildirib.

Rupelin sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün göstərilən diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid edir. Eyni zamanda, Aİ-nin nümayəndəsi qarşıdakı prezident seçkilərindən sonra Ermənistan və Azərbaycanda formalaşacaq dövlət hakimiyyəti orqanlarının münaqişənin həllinə yardım etməyə davam edəcəkləri fikrin irəli sürüb.

"Ermənistanda, Qarabağ münaqişəsinin həlli istiqamətində cəsarətlə fəaliyyət göstərən siyasətçilər xüsusilə çoxdur. Onların sırasında Ermənistan xarici işlər naziri Vardan Oskanyanın adını çəkmək olar", - Rupel əlavə edib.

Xəbər lenti

Xəbər lenti