...

Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2008 01:14 (UTC +04:00)

Azərbaycan, Bakı. 1 avqust / Trend , müxbir R.Novruzov / Cümə günü Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar keçiriləcək. Danışıqlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, həmçinin ATƏT-in Minsk Qrupunun rusiyalı, fransalı və amerikalı həmsədrləri iştirak edəcəklər.

Danışıqlar münaqişənin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərin Sank-Peterburq təklifləri əsasında olacaq.

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərin danışıqları prezidentlərin Sank-Peterqburq görüşü zamanı tələb etdikləri yeni bir işin başlanğıcısı hesab oluna bilər", - Trend ə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye öncə bildirmişdi.

İyunun 9-da Rusiyanın Sank-Peterburq şəhərində keçirilmiş 11-ci beynəlxal iqtisadi forum çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərin görüşü baş tutub. Bu İlham Əliyevin Serj Sarkisyanla o Ermənistan prezidenti seçiləndən sonra ilk görüşü idi.

"Danışıqlar münaqişənin tənzimlənməsi üzrə Madrid prinsipləri əsasında olacaq", Fasye dedi.

2007-ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə baza prinsiplərini  nəzərdən keçirmək üçün təqdim ediblər. Həmsədrlərї Madrid təklifləriїni ədalətli və balanslaşdırılmış hesab edirlər.

İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti