...

GUAM ölkələri öz müqəddəratını təyin etmək hüququ prinsipini qəbul etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2008 13:27 (UTC +04:00)

GUAM-a üzv ölkələrin inteqrasiya və inkişaf prosesi Azərbaycan, Gürcüstan və Moldova ərazilərində mövcud olan nizamlanmamış münaqişələr kimi bir çox həll edilməmiş problemlərlə yüklənib.

Mediamaks-ın xüsusi müxbirinin Helsinkidən veridyi məlumata görə, bu barədə GUAM-ın Baş katibi Valeri Çeçelaşvilinin cümə axşamı ATƏT-in nazırlər görüşündə yayılan yazılı bəyanatında bildirlir.

Çeçelaşvili GUAM-a üzv ölkələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin pozulmaması əsasında münaqişələrin sülh yolu ilə nizamlanması yollarının tapılmasına sadiq olduğunu təsdiq edib.

"Biz əminik ki, təcavüzkar millətçilik, silahlı separatçılıq və dezinteqrasiyanın bizim regionda gələcəyi yoxdur. Çünki onlar GUAM-ın əsasını təşkil edən demokratiya, qanunun aliliyi və insan haqları prinsiplərinə tamamilə ziddir", -deyə Çeçelaşvili bildirib.

GUAM-ın münaqişələrlə bağlı vahid mövqeyindən danışan təşkilatın Baş katibi, GUAM-ın 2006-cı ilin mayında Kiyevdə keçirilən sammitində qəbul olunan Bəyannaməni xatırladıb. Bu sənəddə xüsusilə qeyd olunur ki, "işğal olunmuş ərazilər və bunun nəticəsində qondarma quruluşlar heç bir halda hüquqi chətdən tanına bilməz".

Xəbər lenti

Xəbər lenti