...

Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə komissiyanın yaradılması təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2008 18:10 (UTC +04:00)
Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə komissiyanın yaradılması təklif edilir

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə komissiyanın yaradılması məsələsi hakimiyyət və müxalifət arasında fikir ayrılığına səbəb olub.

"Dağlıq Qarabağ münaqişəsinin qanunvericilik baxımından həlli ilə məşğul olmaq və problemi daim diqqət mərkəzində saxlamaq üçün parlamentdə komissiyanın yaradılması vacibdir", - bu barədə cümə axşamı Trend -a parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993- cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Hüseyn qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın əsas problemidir və 1995- ci ildən bəri həm hakimiyyəti, həm də müxalifəti təmsil edən deputatlar parlamentdə münaqişə üzrə komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Lakin müxtəlif səbəblər gətirilib və bu təkliflər qəbul olunmayıb.

"Dağlıq Qarabağ münaqişəsi ciddi problem olduğuna görə, onunla icra hakimiyyəti sturukturları məşğul olur. Lakin burada parlamentin də məşğul olacağı məsələlər var", - Hüseyn əlavə edib.

Azərbaycan parlamentinin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov isə, cümə axşamı Trend -a bildirib ki, belə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur.

"Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bütün xalq məşğul olur. Bu elə məsələdir ki, bir komissiyanın işi ola bilməz, bu, bütün xalqın işidir. Ona görə də də bu məsələdə ikitirəlik yaratmağın əleyhinəyəm. Prezident İlham Əliyev danışıqları çox uğurla aparır, konkret nəticə olduqdan sonra məsələyə münasibət bildiriləcək və bütün xalq bunu biləcək", - deyə Əsgərov əlavə edib.

Danışıqların Azərbaycan - Ermənistan prezidentləri və xarici işlər nazirləri arasında getdiyini vurğulayan birinci vitse - spiker hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinn həlli məsələsində hər hansı irəliləyiş və konkret nəticə olsa, parlamentdə müzakirə keçirmək olar:

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti