Dağlıq Qarabaq münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq və prinsiplər çərçivəsində həll olunmalıdır. Bu barədə bazar ertəsi Bakıda Latviya Prezidenti Valdis Zatlers deyib. Məlumatı AzTV telekanalı yayıb.
Zatlersin sözlərinə görə, bu məsələdə tələsmək lazım deyil. Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur və münaqişənin həlli istiqamətində müəyyən addımlar atır. "Biz diqqətli və ehtiyatlı olmalıyıq. Danışıqların nəticəsiz yekunlaşmasını istəmərik", - Latviya Prezidenti Azərbaycana birinci rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlardan sonra birgə mətbuat konfransında deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.