...

Dağlıq Qarabağ münaqişəsinin həlli həm ABŞ, həm də Rusiyanın maraqlarındadır - amerikalı konqresmen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2009 12:04 (UTC +04:00)
"Türkiyə və Ermənistan arasındakı protokollar Ermənistanın Qərb ilə yaxınlaşmasına və Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanmasına səbəb olacaqsa, o zaman onları dəstəkləyirəm", -Trend News-a amerikalı konqresmen Maykl Makmaxon bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həlli həm ABŞ, həm də Rusiyanın maraqlarındadır - amerikalı konqresmen

ABŞ, Vaşinqyon, 18 noyabr / Trend , müxbir N.Boqdanova /

"Türkiyə və Ermənistan arasındakı protokollar Ermənistanın Qərb ilə yaxınlaşmasına və Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanmasına səbəb olacaqsa, o zaman onları dəstəkləyirəm", - Trend -a amerikalı konqresmen Maykl Makmaxon bildirib.

Onun sözlərinə əsasən, qlobal enerji təhlküəsizliyinə təsir göstərə bilən bu uzunsürən münaqişənin həlli həm ABŞ, həm də Rusiyanın maraqlarındadır.

Oktyabrın 10-da Sürixdə Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasına dair protokolları imzalayıblar.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub

ABŞ konqresmeni həmçinin qeyd edib ki, "əsas həqiqət ondan ibarətdir ki, Türkiyə Azərbaycan ilə sıx münasibətləri dəstəkləyir və on il ərzində Türkiyə və Ermənistan arasındakı məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub".

"Təəssüf ki, Türkiyə və ya Ermənistan tərəfindən protokolların ratifikasiyası üçün müddət hələlik müəyyən edilməyib. Bu o demək deyil ki, Sürixdəki imzalanma iki ölkə üçün irəliyə doğru böyük addım deyil. İdeal dünyada bütün oyunçular bu faktı anlayaraq, parlamentlərində protokolların ratifikasiyası istiqamətində hərəkət edərdilər", - o əlavə edib.

Konqersmenin sözlərinə əsasən, Vaşinqton həmçinin müttəfiqləri ilə Qafqazdakı maraqları bölüşür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti