Azərbaycan, Bərdə, 28 mart / Trend müxbir Ş.Cəliloğlu/
Erməni silahlı qüvvələrinin martın 28 keçən gecə atəşkəsi pozması nəticəsində, Abşeron Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, Azərbaycan ordusunun əsgəri Vüqar Salahlı şəhid olmuşdur. Bu barədə məlumatı Trend -un müxbiri verib.
Azərbaycan Müdafiyə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Iki Cənubi Qafqaz olkəsi arasında munaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli surməsi zəminində yaranıb.
1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən cıxıb. 1992-1993 - cu illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon isğal olunub.
1994 - cu ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri şəhid olmuşdur
Erməni silahlı qüvvələrinin martın 28 keçən gecə atəşkəsi pozması nəticəsində, Abşeron Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, Azərbaycan ordusunun əsgəri Vüqar Salahlı şəhid olmuşdur. Bu barədə məlumatı Trend News-un müxbiri verib.
