...

Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"nin keçirilməsi Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyidir – QAT

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 17:44 (UTC +04:00)
Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, işğalçi Ermənistan rejimi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirməklə növbəti dəfə beynəlxalq təşkilatlara, beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirib.
Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"nin keçirilməsi Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyidir – QAT

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, işğalçi Ermənistan rejimi Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirməklə növbəti dəfə beynəlxalq təşkilatlara, beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirib.

"Erməni mənbələrinin bu "seçkilər"lə bağlı verdiyi məlumatlar, o cümlədən "seçki"də iştirak edənlərin sayı, guya demokratik mübarizənin getməsi haqqında məlumatlar reallıqdan çox uzaqdır və növbəti erməni saxtakarlığından başqa bir şey deyil", - Trend-in məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) bazar ertəsi qəbul etdiyi bəyanatda bildirilir.

QAT hesab edir ki, Ermənistan hakimiyyəti bu cür oyunlarla Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməyə, dünyada tanıtmağa çalışır. "Müxtəlif ölkələrdən oraya dəvət edilən adamların hamısı erməni diasporu tərəfindən pulla ələ alınıblar. Onların demokratik proseslərlə heç bir əlaqəsi yoxdur", - bəyanatda vurğulanır.

Bəyanat müəlliflərinin fikrincə, Ermənistanın bu oyunları hələ də davam etdirməsinin əsas günahı beynəlxalq təşkilatların üzərinə düşür.

"Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər mənasız bəyanatlar vermək əvəzinə, işğalçı Ermənistana qarşı kəskin sanksiyalar tətbiq etməlidirlər. Əgər sanksiyalar yoxdursa, deməli, yenə də ikili standartlar mövqeyindən çıxış edir və faktiki olaraq Ermənistana öz oyunlarını davam etdirmək üçün şərait yaradırlar", - sənəddə qeyd edilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti