...

Çin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində təmkinli olmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 19:11 (UTC +04:00)
Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qin Qanq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində iyunun 18-də baş verən atışmanı şərh edib.
Çin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində təmkinli olmağa çağırıb

Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qin Qanq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində iyunun 18-də baş verən atışmanı şərh edib. Bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

"Çin Dağlıq Qarabağ məsələsində ardıcıl olaraq dəqiq mövqe tutur", - Qanq deyib və əlavə edib ki, Çin mübahisəli məsələlərin sülh yolu ilə həll ediləcəyinə ümid edir.

O, daha sonra qeyd edib ki, Çinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Qanq ümid etdiyini bildirib ki, maraqlı tərəflər kifayət qədər siyasi müdriklik nümayiş etdirərək məsələnin həllini danışıq və dialoq vasitəsilə tapacaqlar.

Belə nəticələr həm Azərbaycanın, həm Ermənistanın, həm də dünyanın və regionun stabilliyinin marağındadır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti