...

Dövlət katibi Hillari Klintonun səfəri ABŞ-ın Azərbaycanla əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək – Prezident Administrasiyasının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 20:15 (UTC +04:00)
Azərbaycanın ABŞ ilə münasibətləri lazımi səviyyədədir, lakin Vaşinqtonun daha böyük diqqət ayırmalı olduğu məsələlər var. Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.
Dövlət katibi Hillari Klintonun səfəri ABŞ-ın Azərbaycanla əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək – Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ABŞ ilə münasibətləri lazımi səviyyədədir, lakin Vaşinqtonun daha böyük diqqət ayırmalı olduğu məsələlər var. Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.

"Mənə elə gəlir ki, ABŞ hakimiyyəti Azərbaycanın əhəmiyyətini anlayır və bu nöqteyi-nəzərdən dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyacağını gözləmək olar", - cümə axşamı jurnalistlərə Məmmədov deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında baş verən son proseslər ciddi addımın atılmasının zəruriliyindən xəbər verir və buna görə də Azərbaycan xanım Klintonun səfərindən çox şey gözləyir. Məmmədovun sözlərinə görə, dövlət katibinin səfəri zamanı və onun Azərbaycan Prezidenti ilə görüşündə əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə yönələcək.

ABŞ dövlət katibi Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana iyulun 1-dən 5-dək səfər edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti