...

Qafqaz müsəlmanlarının dini lideri Moskva və bütün Rusiyanın patriarxına Azərbaycan gizirinin meyitinin qaytarılmasına yardım üçün müraciət edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2010 12:59 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri, şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyidinin qaytarılması məsələsində yardım üçün müraciət etmək niyyətindədir.
Qafqaz müsəlmanlarının dini lideri Moskva və bütün Rusiyanın patriarxına Azərbaycan gizirinin meyitinin qaytarılmasına yardım üçün müraciət edəcək

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Qafqaz müsəlmanlarının dini lideri, şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilə Azərbaycan Ordusunun giziri Mübariz İbrahimovun meyidinin qaytarılması məsələsində yardım üçün müraciət etmək niyyətindədir.

"Mən yaxın vaxtlarda patriarxla görüş zamanı ermənilərin azərbaycanlı gizirin cəsədinin qaytarılması məsələsində onun yardım göstərməsi haqda məsələ qaldırmaq istəyirəm", - Qafqaz Müsəlmanları İdarəsinin sədri şənbə günü jurnalistlərə bildirib.

Mübariz İbrahimov iyunun 18-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücumunu dəf edərkən, bir neçə erməni əsgərini öldürüb qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Xəbər lenti

Xəbər lenti