...

Azərbaycanlı uşağın snayperlə vurulması faşist metodudur - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 15:45 (UTC +04:00)
Həyətində oynayan körpə uşağı snayperlə vurmaq insanlıqdan uzaq olan, faşist metodlarına yiyələnən insanların metodu ola bilər.
Azərbaycanlı uşağın snayperlə vurulması faşist metodudur - deputat

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Həyətində oynayan körpə uşağı snayperlə vurmaq insanlıqdan uzaq olan, faşist metodlarına yiyələnən insanların metodu ola bilər. Bunu Trend-ə cümə axşamı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Trend Beynəlxalq İnfornasiya Agentliyinin Ekspert Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Millət vəkili bu hadisəni erməni azğınlığının son pilləsi kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu addımı atmaqda məqsəd Azərbaycan daxilində vəziyyəti gərginləşdirmək istəyindən irəli gəlir. "Ancaq bu addımı atanlar bilməlidirlər ki, Azərbaycanın səbr kasası daşdıqda onun ağır nəticəsini Ermənistan öz üzərində, həmin o uşaq qatili olan hərbçisi üzərində hiss edəcək", - Mirzəzadə bildirib.

Millət vəkili hesab edir ki, bu gün Ermənistan Azərbaycanın əsəbləri ilə oynamağa çalışır və bunu öz siyasətinin əsas amalına çevirir.

"Hər halda Azərbaycan bu cür məsələləri cavabsız qoymayacaq", - Mirzəzadə vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti