...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2011 09:42 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-də saat 16.15-dən 16.20-dək, 16.30-dan 16.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimizi;

- aprelin 29-da saat 02.50-dən 02.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi;

- aprelin 28-də saat 16.55-dən 17.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21.40-dan 21.50-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22.30-dan 22.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 21.20-dən 21.30-dək və aprelin 29-da 01.10-dan 01.20-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti