...

Ermənistan Prezidenti rusiyalı həmkarı Dmitri Medvedevin məktubuna rəsmən cavab verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2011 13:23 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan RF Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ nizamlanması ilə bağlı məktubuna rəsmən cavab verib.
Ermənistan Prezidenti rusiyalı həmkarı Dmitri Medvedevin məktubuna rəsmən cavab verib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan RF Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ nizamlanması ilə bağlı məktubuna rəsmən cavab verib. Bu barədə jurnalistlərə Ermənistanın dövlət başçısının mətbuat katibi Armen Arzumanyan məlumat verib. Trend-in məlumatına görə, xəbəri "Armenia Today" yazır.

Dmitri Medvedevin Dağlıq Qarabağ nizamlanması ilə bağlı şəxsi məktub və təklifini Azərbaycan və Ermənistan prezidentlərinə RF XİN rəhbəri Sergey Lavrov Yerevana və Bakıya səfərləri zamanı çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti