...

Azərbaycanın dini liderləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 11:57 (UTC +04:00)
Azərbaycanın dini liderləri Xocalı faciəsi ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına müraciət ünvanlayıblar.
Azərbaycanın dini liderləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın dini liderləri Xocalı faciəsi ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına müraciət ünvanlayıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Rus Pravslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov və Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin imzaladığı müraciətdə bildirilir ki, Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməyib, onun baiskarları layiqli cəzalarını almayıblar.

"Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırım aktı kimi tanımağa çağırırıq", - müraciətdə qeyd olunur.

Müraciətdə deyilir ki, Xocalıda törədilmiş soyqırımla bağlı Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması yalançı təbliğat qurmaq məqsədi ilə informasiya plagiatından belə çəkinməyən erməni təcavüzkarlarının əsl simasının açılmasına yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti