Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 16-da Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq baş tutub.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç, ofisinin əlaqələndiricisi Piter Ki və yüksək səviyyəli palanlaşdırma qrupunun nümayəndəsi, polkovnik Andrey Baraşkin keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle, şəxsi köməkçi Uilyam Praroy və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi mayor Vitali Belekon keçiriblər.