Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycanın Milli Ordusunun zabiti şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.