...

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan prosesi dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2013 21:41 (UTC +04:00)
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan prosesi dəstəkləyir.
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan prosesi dəstəkləyir

Fransa, Strasburq, 23 aprel /Trend, müxbir A. Məhərrəmli/

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan prosesi dəstəkləyir.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində çərşənbə axşamı Trend-ə açıqlamasında İsveçrə Konfederasiyasının Xarici işlər naziri Didye Burkalter (Didier Burkhalter) ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində oynaya biləcəyi mümkün rola münasibət bildirərkən deyib.

"Aydındır ki, İsveçrə ATƏT-ə sədrliyi dövründə bu sahədə bir az daha əhəmiyyətli rol oynaya biləcək. Digər qalan məsələlərdə, İsveçrənin Cənubi Qafqazada rolu birbaşa Rusiyanın Gürcüstanda və müvafiq olaraq Gürcüstanın maraqlarının Rusiyada təmsil olunması ilə bağlıdır. Dağlıq Qarabağa münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur və bu prosesə paralel formatın yaradılmasına başlamamağı daha əhəmiyyətli hesab edirik. Biz ATƏT-in Minsk qrupu çərçivəsində aparılan prosesi dəstəkləyir və bu prosesə paralel olacaq yeni formatın yaradılmasını təsəvvür etməyi belə nəzərdən keçirmirik"- cənab Burkalter bildirib.

Qeyd edək ki, jurmalsitlər üçün keçirdiyi mətbuat konfransında isveçrəli nazir qeyd edib ki, yaxın dörd il ərzində ölkəsinin xarici siyasətinin əsas prioritetlərindən biri Avropa və ona yaxın regionlarda sabitlik və təhlükəsizlik məsələləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti