...

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2013 10:19 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Çaylı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Cəbhə xəttində atəşkəs yenidən pozulub

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Çaylı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti