...

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2013 12:33 (UTC +04:00)
Erməni silahlı bölmələri yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Erməni silahlı bölmələri yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Qızıloba, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti