...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini irəlilətməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2013 11:39 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini irəlilətməyə çağırır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Əhmədova/

ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə C.Kerri və Ə.Davudoğlu görüşdən sonra keçirilən mətbuat konfransında bildiriblər.

ABŞ dövlət katibi Con Kerri deyib: "Neçə aydır biz Kipr və Dağlıq Qarabağ münaqişələrini müzakirə edirik. Bu məsələdə ABŞ yerlərdəki səfirlərlə işləməyi və bu prosesi davam etdirir".

ABŞ dövlət katibinin sözlərinə görə, o, artıq Azərbaycan və Ermənistan prezidentləri ilə telefon vasitəsilə əlaqə saxlayıb: "Biz bu prosesin irəliləməsinə çağırırıq və biz bu prosesdə iştirakı davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti